"Qarabağ"la müqaviləsinə qarşılıqlı razılıqla xitam verən Hannes Halldorssonun yeni klubuna keçidi rəsmiləşib. Matc.az-ın "Valur"un rəsmi saytına istinadən məlumatına görə, 35 yaşlı qolkiper bu klubla müqavilə bağlayıb.

İslandiya millisinin üzvü yeni komandası ilə 3 illik sözləşməyə qol çəkib. Bu müddət ərzində o, çərçivəni qorumaqla yanaşı, aşağı yaş qrupları üzrə komandalarda qapıçılarla işləyən məşqçi kimi də fəaliyyət göstərəcək.

Qeyd edək ki, Hannes Halldorsson "Qarabağ"a cari mövsümün əvvəlində "Randers"dən keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest