"Bakıda olduğum müddətdə "Səbail"in prezidenti ilə tanış oldum. Gələcəklə bağlı planlarından bəhs etdi. Mənə burda..."

"Səbail"in yeni transferi Maykl Essyen karyerasını Azərbaycanda davam etdirməsinin səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, qanalı ulduz futbolçu xarici mətbuata müsahibəsində "Səbail"in təklifinin onun üçün cəlbedici olduğunu söyləyib.

37 yaşlı orta sahə oyunçusu paytaxt klubunu pula görə deyil, məşqçilik edə biləcəyi üçün seçdiyini bildirib: "UEFA-nın bir tədbiri ilə bağlı Bakıda olduğum müddətdə "Səbail"in prezidenti ilə tanış oldum. Gələcəklə bağlı planlarından bəhs etdi. Mənə burda oynamaqla bərabər məşqçi kimi fəaliyyət göstərməyi təklif etdi və təsirləndim. Məşqçi kimi çalışmaq təklifi mənim üçün cəlbedici oldu".

Qeyd edək ki, Maykl Essyenin "Səbail"lə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest