"Tottenhem"in hücumçusu Harri Keyn yenidən sıradan çıxıb. Matc.az saytı xəbər verir ki, bu, çempionlar Liqasının 1/4 final mərhələsində "Mançester Siti" ilə dünən keçirilən oyunda baş verib.

London təmsilçisi doğma arenasında 1:0 hesablı qələbə qazanmasına baxmayaraq, komandanın qol "silahı" 56-cı dəqiqədə əvəzlənməli olub. Rəqib müdafiəçi Fabian Delfin müdaxiləsindən sonra sağ topuğundan xəsarət alan forvardın durumu ciddi ola bilər. Bunu komandanın baş məşqçisi Mauritsio Poçettino bildirib. O, Keynin mövsümü erkən başa vurmaq ehtimalının olduğunu da gizlətməyib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 17-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest