"Mançester Yunayted"in müdafiəçisi Kris Smollinq iddialı açıqlama ilə gündəmə gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı futbolçu çempionlar Liqasının 1/4 final mərhələsində bu gün "Barselona" ilə keçiriləcək ilk oyuna hazır olduqlarını bildirib.

İngiltərə millisinin üzvü rəqibin kapitanı Lionel Messidən çəkinmədiyini söyləyib, hətta ona meydan oxuyub: "Belə oyunlardan zövq almaq lazımdı. Şanslıyam ki, bu mövsüm Kriştianu Ronaldo və Kilian Mbappeyə qarşı oynamışam. İndi də rəqib Messi olsun. Mən və komanda yoldaşlarım bu çətinlikləri yaşamışıq. Digərlərindən necə qorxmamışamsa, Messidən də qorxmuram. Messiyə demək istəyirəm ki, onu gözləyirəm".

Qeyd edək ki, "Mançester Yunayted" - "Barselona" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest