Mönhenqladbax "Borussiya"sı baş məşqçisini dəyişəcək. Matc.az saytı xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında klubun idman direktoru Maks Eberle məlumat verib.

O bildirib ki, Diter-Klaus Hekinqlə mövsümün sonunda yollarını ayıracaqlar. Yayda komandanın "sükanı arxası"na keçəcək mütəxəssis də bəllidi. İdman direktoru gələn mövsümdən "Borussiya"nı hazırda "Zalsburq"a rəhbərlik edən Marko Rouzun çalışdıracağını söyləyib.

Qeyd edək ki, Marko Rouz 2017-ci ildən "Zalsburq"un əsas komandasında çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest