"Bavariya"nın hücumçusu Robert Levandovski daha bir neçə il komandada qalacaq. Matc.az xəbər verir ki, bu barədə polşalı futbolçunun meneceri Pini Zahavi məlumat verib.

O bildirib ki, 31 yaşlı forvard klubla yeni müqaviləyə qol çəkib. Lakin Zahavi sözləşmənin müddəti və şərtləri barədə informasiya verməyib. Levandovskinin hazırkı anlaşması isə 2021-ci ilə qədərdi.

Yeri gəlmişkən "Bavariya" rəhbərliyi mövsümün sonunda baş məşqçi Niko Kovaçı portuqaliyalı Joze Mourinyo ilə əvəzləməkdə qərarlıdı. Benjamin Pavar və Lukas Ernandes kimi oyunçuları indidən mövsümün sonu üçün alan Münhen klubu digər transferlər üçün Mourinyoya 250 milyon avroluq büdcə ayrılacağı vədini verib.

Rəhbərliyin gündəmindəki futbolçular Nikolya Pepe ("Lill"), Timo Verner ("Leypziq"), Kallum Hadson-Odoi ("çelsi"), Luka Yoviç ("Ayntraxt"), Qaret Beyl ("Real"), Cengiz ünder ("Roma") və İlkay Gündoğandı ("Mançester Siti").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest