Futzal üzrə Azərbaycan millisi Latviyaya yollanıb. Matc.az saytı xəbər verir ki, yığmamız həmin ölkədə təlim-məşq toplanışı keçəcək.

Bakı-İstanbul-Riqa reysi ilə səfər çıxan komandamız Liepaya şəhərinə çatıb. "Liva" otelində məskunlaşan milli aprelin 11-də, saat 19:00-da (Bakı vaxtı ilə 20:00), ertəsi gün isə 18:00-da (Bakı vaxtı ilə 19:00) Latviya yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, millimiz Latviya toplanışını başa vurduqdan sonra Serbiyaya gedəcək və yerli komanda ilə 2 yoxlama görüşü keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest