Braziliya polisinin araşdırması maraqlı bir faktı ortaya çıxarıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu araşdırma saxta transfer hərəkatını aşkarlayıb.

Sən demə, özünü menecer kimi təqdim edən bir şəxs "Qremio"nun hücumçusu Luanın transferi üçün "Everton"la danışıq masası arxasında əyləşib. Hüquq fakültəsində tələbə olan 32 yaşlı həmin şəxs Luanı Premyer Liqa təmsilçisinə satmağa çalışıb. Polis bununla bağlı hansısa ödənişin edilib-edilmədiyini araşdırır. Saxta sənədlərlə özünü menecer kimi göstərən şəxsin həbsi tələb olunub.

Qeyd edək ki, saxta menecerin başqa futbolçularla bağlı da bir neçə Avropa klubu ilə danışıq apardığı müəyyənləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest