Premyer Liqanın XXIV turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" oyunun hazırlıqlarını davam etdirir. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "kimyaçılar" baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun köməkçi meydançasında növbəti məşqini keçirib.

Zədəsini sağaldan Əfran İsmayılov da artıq məşqlərə başlayıb. Təxminən 1,5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" qarşılaşması aprelin 13-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest