"Yuventus"un hücumçusu Kriştianu Ronaldo çempionlar Liqasında (çL) qollarını sıralamaqda davam edir. Matc.az saytının məlumatına görə, portuqaliyalı forvard "Ayaks"la keçirilən 1/4 final görüşünün ilk hissəsində rəqibi məyus edib.

Bu, 34 yaşlı forvardın çL-də keçirdiyi 161-ci oyunda 125-ci qolu olub. Bu baxımdan öz rekordunu yaxşılaşdıran superulduz turnirin 1/4 final mərhələlərində vurduğu qolların sayını da 24-ə çatdırıb. O, bu toplardan 16-nı son 12 görüşdə vurub.

Qeyd edək ki, "Ayaks" - "Yuventus" matçında ilk hissədən sonra qonaqlar 1:0 hesabı ilə öndədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest