Latviyada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Yığmamız bu gün yerli komanda ilə qarşılaşacaq. Oyun Liepaya şəhərindəki Nikas idman zalında baş tutacaq.

Latviyada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Matc.az saytının məlumatına görə, yığmamız bu gün yerli komanda ilə qarşılaşıb.

Bakı vaxtı ilə 20:00-da start götürən oyun Liepaya şəhərindəki Nikas idman zalında baş tutub. Görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Yoldaşlıq görüşü

11 aprel

Latviya - Azərbaycan - 1:3

Dmitris Borisovs, 12:29 - Vitali Borisov, 18:30, Teles Thaqo, 20:31, 39:01


Liepaya. Nikas idman zalı

Latviya: 1. Aigars Bondars (q), 4. Maksims Sens (k), 14. Germans Matjuşenko, 13. Artur Kuleşovs, 7. Romans Rozkovskis, 12. Kaspars Nerets (q), 2. Arturs Yerofejevs, 6. Aleksandrs Kuleşovs, 3. Yanis Pastars, 9. Dmitris Borisovs, 8. Riçard Raşçevskis, 11. Yuri Halimons, 10. Artur Strazdins, 5. Matis Babris

Baş məşqçi: Arturs Şketovs

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 5. Fineo de Araujo, 14 Vitali Borisov, 16. Sezar Conatan, 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 7. Ramiz çovdarov, 8. Rizvan Fərzəliyev (k), 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Kardosa Everton, 17. İsa Atayev

Baş məşqçi: Joze Alesio Da Silva

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest