Latviyada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Matc.az saytının məlumatına görə, yığmamız bu gün yenə yerli komanda ilə qarşılaşacaq.

Latviyada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Matc.az saytının məlumatına görə, yığmamız bu gün yenə yerli komanda ilə qarşılaşıb.

Bakı vaxtı ilə 19:00-da start götürən oyun Liepaya Olimpiya mərkəzində baş tutub. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, iki komanda arasındakı ilk görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Yoldaşlıq görüşü

12 aprel

Latviya - Azərbaycan - 2:2

Riçard Raşçevskis, 30:51, Maksims Sens, 39:49 - Sezar Conatan, 29:05, 38:06

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest