"Səbail"in ulduz futbolçusu Maykl Essyen mövsüm başa çatdıqdan dərhal sonra Afrikaya qayıdacaq. Matc.az saytının Qana mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Afrika yığmasına çağırılıb.

37 yaşlı orta sahə oyunçusu veteran əfsanələrin oyununda iştirak edəcək. Nigeriyanın Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan qarşılaşma mayın 18-də baş tutacaq. Görüşdə Essyenin yer aldığı Afrika yığmasında Didye Droqba, Corc Vea, Samuel Eto kimi ulduzlar da çıxış edəcək. Afrika yığmasının rəqibi isə Nigeriya millisinin sabiq futbolçuları olacaq.

Qeyd edək ki, Topaz Premyer Liqasında son turun oyunları mayın 11-də keçiriləcəyindən, Essyenin Nigeriyaya gedişi "Səbail"də çıxışına mane olmayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest