"Tottenhem"in hücumçusu Harri Keynin durumuna aydınlıq gəlib. Matc.az saytnın xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu üçün mövsüm erkən bitib.

çempionlar Liqasının 1/4 final mərhələsinin "Mançester Siti" ilə ilk oyununda sol topuğundan xəsarət alan 25 yaşlı forvardın xidmətindən eyni zamanda İngiltərə millisi də məhrum olub. Belə ki, o, Millətlər Liqasının final mərhələsində də iştirak edə bilməyəcək.

Qeyd edək ki, Harri Keyn bu mövsüm Premyer Liqada keçirdiyi 28 oyunda 17 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest