"Qısa müddətdə komandanın liderinə çevrildim. Oyunlar zamanı orta hesabla 12 km qaçırdım. Ancaq sonra hansısa bir səhvə görə "Sabah"ın baş məşqçisi mənə irad bildirməyə, tənqid etməyə başladı"

"Neman"da oynadığım zaman "Sabah" klubunun məşqçiləri və rəhbərliyi mənim fərdi keyfiyyətlərimi bəyənmişdilər". Matc.az saytının məlumatına görə, bunu "Sabah"ın sabiq futbolçusu Vitali Kvaşuk deyib.

Hazırda Belarusun "Qomel" klubunun şərəfini qoruyan 26 yaşlı yarımmüdafiəçi bu ölkənin mətbuatına müsahibəsində "Sabah"da işlərinin qaydasında getməməsinin səbəbini açıqlayıb. Ukraynalı buna görə baş məşqçi Elşad Əhmədovu günahlandırıb: "Mövsümün əvvəlində komanda çempionata başçılıq edirdi. Qısa müddətdə komandanın liderinə çevrildim. Oyunlar zamanı orta hesabla 12 km qaçırdım. Ancaq sonra hansısa bir səhvə görə "Sabah"ın baş məşqçisi mənə irad bildirməyə, tənqid etməyə başladı. Nəticədə tədricən fərdi keyfiyyətlərimi arxa plana atıb, komandaya oynamağa üstünlük verdim. Halbuki ora fərdi keyfiyyətlərimə görə keçmişdim. Baş məşqçi oyunu niyə öz üzərimə götürmədiyimi soruşdu. Onunla dil tapa bilmirdik. Nəticədə özüməinamı, gücümü itirdim. Bu üzdən də "Sabah"dan ayrıldım".

Kvaşuk hələ ötən ilin əvvəlində karyerasını Azərbaycanda davam etdirmək ehtimalının olduğunu əlavə edib: "ötən ilin əvvəlində "Vitebsk"dən "Neman"a keçəndə Azərbaycandan da təklif almışdım. Ancaq komandada baş məşqçi dəyişikliyi olmuşdu və bu da mənə maraqlı deyildi. Həmçinin Qazaxıstana yollanmaq variantım var idi. Ancaq baş məşqçi ilə olan münasibətim və ölkəni tanımağım Belarusa dönməyimi şərtləndirdi".

Qeyd edək ki, cari mövsümün əvvəlində "Sabah"a keçən Vitali Kvaşuk cəmi 6 ay sonra ölkəmizi tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest