Düz 50 gün sonra Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının həlledici oyununda 2 komanda üz-üzə gələcək. Matc.az saytı xəbər verir ki, final oyununa hazırlıq kampaniyası çərçivəsində 25 və 26 apreldə futbol üzrə kiber çempionat start götürəcək.

Futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçün nəzərdə tutulan futbol üzrə kiber çempionatın təşkili insanları finala qədər həyəcanda saxlayacaq və hər kəsi futbol bayramı ətrafında toplayacaq. Kiber çempionata qeydiyyat aprelin 12-dən 22-dək davam edəcək. Aprelin 24-də isə yarışın püşkatması keçiriləcək. çempionatda yalnız 128 nəfər iştirak hüququ qazanacaq. Oyun FIFA2019 qaydaları əsasında təşkil olunacaq.

Qeyd edək ki, iştirakçıların seçimi olimpiya sistemi əsasında aparılacaq. Yarışın qaydaları ilə tanış olmaq üçün https://finalbaku2019.az/cybercup/ səhifəsində qaydalar düyməsinə klikləməklə, məlumat əldə edə bilərsiniz.

Kiber çempionatda birinci yeri tutan iştirakçıya 1000 AZN pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 AZN pul mükafatı veriləcək. çempionatda adını oyunu ilə üçüncü yerə yazdıran iştirakçıya isə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi "Molten" topu, həmçinin imzalı forma hədiyyə ediləcək.

Yarışa qatılmaq istəyənlər https://forms.gle/6t4p9rLhFzUo8dUu6 linkinə daxil olub qeydiyyatdan keçməlidi. Kiber çempionat haqqında ətraflı məlumatı https://finalbaku2019.az/cybercup/ saytından əldə etmək mümkündü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest