"Qarabağ" uğurlu sosial layihələrini davam etdirir. Matc.az saytının məlumatına görə, Ağdam təmsilçisi daha bir alqışalayiq jestə hazırlaşır.

Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verilib. O bildirib ki, Topaz Premyer Liqasının XXIV turu çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"la keçiriləcək oyunda hər iki komanda meydana autizm xəstəliyindən əziyyət çəkən uşaqlarla birgə çıxacaq.

Qeyd edək ki, "Qarabağ" aprelin 1-də "Sumqayıt"la XXII tur matçına Aprel döyşlərindəki şəhidlərin övladları və xüsusi maykalarda çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest