"Mançester Siti"nin vingeri Leroy Sane yeni müqavilə imzalayacaq. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola deyib.

 

O bildirib ki, almaniyalı ulduz futbolçu ilə danışıqlar son mərhələdədi. İspaniyalı mütəxəssis 22 yaşlı oyunçunun tezliklə yeni sazişə qol çəkəcəyinə inandığını vurğulayıb. Hazırkı müqavilə müddəti 2021-ci ilə qədər olan Sanenin məvacibi də artırılacaq.

 

Qeyd edək ki, Leroy Sane bu mövsüm "Mançester Siti"nin heyətində 10 oyun keçirib, 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest