"Saraqosa"nın baş məşqçisi Viktor Fernandes yığmamızın üzvündən narazılığını dilə gətirib. O, ümumiyyətlə, "Alkorkon" oyunçularının vaxt aparmaq üçün hər yola əl atdıqlarını deyib.

İspaniya La Liqa2-nin XXXIV turunda "Saraqosa"nın qonağı olan "Alkorkon" səfərdən 2:0 hesablı qələbə ilə qayıdıb. Matc.az saytı xəbər verir ki, görüşdə 90 dəqiqə iştirak edən Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov ilk qolun assistini edib.

Oyunsonrası mətbuat konfransında isə "Saraqosa"nın baş məşqçisi Viktor Fernandes yığmamızın üzvündən narazılığını dilə gətirib. O, ümumiyyətlə, "Alkorkon" oyunçularının vaxt aparmaq üçün hər yola əl atdıqlarını deyib: "Rəqibin oyunçuları tez-tez yerə uzanıb vaxt "udurdular". Məsələn, bir epizodda Eddi İsrafilov ölü kimi idi, yerdə uzanıb tibbi yardım istəyirdi. Ancaq 90+2-ci dəqiqədə bütün meydançanı əhatə edən sürət yığdı. Biz bunu edə bilmərik və öyrənəcəyimizi də düşünmürəm".

Qeyd edək ki, "Alkorkon" hazırda 47 xalla 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest