"Giresunspor" baş məşqçisi Kemal Kılıçla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Türkiyənin I liqasında mübarizə aparan klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi Giresun təmsilçisi XXIX turda sonuncu pillədə qərarlaşmış "Karabükspor"la səfərdə qolsuz bərabərə qalıb. Bu nəticədən sonra rəhbərlik Kılıçı istefaya göndərməyə qərar verib.

Qeyd edək ki, Kemal Kılıç bu mövsüm "Giresunspor"un "sükanı arxası"na gətirilmiş dördüncü məşqçi idi. O, 21-ci turdan etibarən komandaya rəhbərlik edirdi. Bu müddətdə Giresun təmsilçisini 9 oyuna çıxaran mütəxəssis cəmi 1 qələbəyə sevindiyi halda, 5 heç-heçə və 3 məğlubiyyət görüb.

"Giresunspor" 29 turdan sonra 29 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest