Futzal üzrə Azərbaycan millisi Serbiyada təlim-məşq toplanışını davam etdirir. Yığmamız bu gün adıçəkilən ölkədə ilk yoldaşlıq oyununa çıxacaq. Joze Alesionun yetirmələri yerli Serbiya yığması ilə qarşılaşacaq.

Futzal üzrə Azərbaycan millisi Serbiyada təlim-məşq toplanışını davam etdirir. Matc.az saytının məlumatına görə, yığmamız bu gün adıçəkilən ölkədə ilk yoldaşlıq oyununa çıxıb.

Joze Alesionun yetirmələri yerli Serbiya yığması ilə qarşılaşıb. Zrenjanin şəhərindəki “Kristal Zal”da baş tutan görüşdə komandamız fasiləyə Fineonun vurduğu qolla öndə yollanıb. İkinci hissənin əvvəlində rəqib qapısını ikinci dəfə silkələyən komandamızın heyətində Conatan fərqlənib. Serbiya yığması 40 saniyə sonra qollardan birinin əvəzini çıxsa da, bundan artığına gücü çatmayıb. Beləliklə, yığmamız minimalhesablı qələbə qazanıb.

Bu komandalar arasında növbəti oyun sabah Bakı vaxtı ilə saat 20:00-da Pozarevaç şəhərindəki idman mərkəzində keçiriləcək.

 

Yoldaşlıq görüşü

15 aprel

Serbiya - Azərbaycan - 1:2
Qol: Vladan Vesiç, 21:43 - Fineo de Araujo, 04:57; Sezar Conatan, 21:05 

 

Zrenjanin. Kristal Zal

Serbiya: 12. Aleksa Antoniç (q), 3. Nikola Matijeviç, 4. Stefan Rakiç, 5. Vladan Vesiç, 11. Miloş Simiç (k), 23. Vladan Kolajiç (q), 2. Strahina Petrov, 6. Milan Mutavdziç, 7. Pavle Peşiç, 8. Aleksandr Pavloviç, 9. Yovan Lazareviç, 10. Veroljub Vukadinoviç, 14. Ninoslav Aleksiç, 15. Lazar Marinkoviç,
Baş məşqçi: Qoran İvançiç 

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 5. Fineo de Araujo, 13. Kardosa Everton, 16. Sezar Conatan, 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 14 Vitali Borisov (k), 17. İsa Atayev
Baş məşqçi: Joze Alesio Da Silva

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest