çempionlar Liqasının 1/4 final mərhələsində "Tottenhem"ə məğlubiyyətdən (0:1) sonra baş məşqçi Pep Qvardiolanı təndiq edən "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan komandanı tərk edəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu ispaniyalı mütəxəssis özü bildirib.

Qvardiola Almaniya millisinin üzvü ilə yeni müqavilə imzalanmayacağını söyləyib: "İlkay yeni sözləşmə imzalamaq istəmir. Bu, futbolçunun oynayıb-oynamaması ilə bağlı deyil. Belə olarsa, o, forma geyinməyəcək".

Qvardiolanın bu açıqlaması İlkayın mövsümün sonunda ayrılacağına işarə olub. Dərhal futbolçu 2 klubdan təklif alıb. Belə ki, "Bavariya" və Dortmund "Borussiya"sı Türkiyə əsilli orta sahə oyunçusunun xidmətində maraqlı olduğunu bəyan edib.

Qeyd edək ki, İlkay Gündoğanın "Mançester Siti" ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest