Daha bir ölkədə çempion müəyyənləşib. Matc.az saytı xəbər verir ki, İsveçrə Superliqasının qalibi sona 7 tur qalmış bəlli olub.

XXIX turda "Sürix" üzərində səfər qələbəsi qazanan "Yanq Boyz" ən yaxın izləyicisi "Bazel"lə xal fərqini 25-ə yüksəldib. Beləliklə, sona 7 tur qalmış rəqibləri üçün əlçatmaz olan Bern təmsilçisi ardıcıl 2-ci, ümumilikdə isə 13-cü çempionluğunu qazanıb.

Bununla da "Yanq Boyz" gələn mövsüm çempionlar Liqasının pley-off mərhələsindən mübarizəyə başlamağa haqq qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest