"Benfika" vingeri Joao Feliks üçün ilk rəsmi təklifi alıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Yuventus" gənc futbolçu üçün portuqaliyalıların qapısını döyüb.

"Qoca sinyora" 19 yaşlı oyunçunun transferi müqabilində qarşı tərəfə 75 milyon avro təklif göndərib. Lakin lissabonlular bunu qəbul etməyib. çünki "Benfika" gələcəyin ulduzunu baha qiymətə satmaq niyyətindədi. Portuqaliya klubu ilə müqavilə müddəti 2023-cü ilə qədər olan Feliksin transfer qiyməti 120 milyon avrodu. İtaliya çempionu argentinalı futbolçusu Paulo Dibalanı sataraq, bu məbləği toplamağı düşünür.

Qeyd edək ki, Joao Feliks bu mövsüm 36 oyunda 15 qol, 7 assistə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest