"Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonq Çempionlar Liqasının 1/4 final mərhələsində "Yuventus"la cavab oyununu buraxa bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu gənc futbolçunun meneceri Ali Dursun deyib.

Erediviziyanın XXX turunda "Ekselsior"la görüşün birinci hissəsində əzələsində ağrı hiss edən de Yonq dərhal əvəzlənmişdi. Futbolçunun təxminən 2 həftəlik bərpa prosesi keçəcəyi bildirilirdi. Lakin menecer onun Turindəki görüşdə meydana çıxmaq ehtimalının olduğunu söyləyib.

Qeyd edək ki, sabah keçiriləcək "Yuventus" - "Ayaks" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest