İtaliya A seriyasının XXXII turunda "Udineze"ni məğlub edən (1:0) "Roma" ciddi itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, kapitan Daniele De Rossi oyunda zədələnib.

Qarşılaşmanın 69-cu dəqiqəsində əvəzlənmək məcburiyyətində qalan 35 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib. Kapitanın zədəsinin ciddi olmadığı aşkarlansa da, bərpa prosesinin 3 həftə çəkəcəyi gözlənilir. Həkimlər hətta De Rossinin mövsümün qalan matçlarını buraxmaq ehtimalının olduğunu da bildirib.

Qeyd edək ki, sona 6 tur qalmış "Roma" 54 xalla 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest