"Neftçi"nin braziliyalı yarımmüdafiəçisi Dario Frederiko ölkəsində torcedores.com saytına müsahibə verib. Matç.az saytı xəbər verir ki, "sambaçı" ölkəmizdəki çıxışından və gələcək hədəflərindən danışıb.

- Hansı səbəbə görə Avropada oynamaq qərarına gəldiniz?

- Braziliyada olanda peşəkarlıq baxımından çatışmazlıq var idi. İstedad var idi, amma bu, kifayət etmirdi. İndi orda olsaydım, hekayə tam fərqli olardı. Gedişimin səbəbi Portuqaliyada oynamaq imkanı qazanmağım oldu. çünki "Korintians"da çıxış etmək şansım çox az idi. Yenilik istəyirdim və bu adımdım uğurla nəticələndi.

- Ən təəccüblü keçidinizin hansı olduğunu düşünürsünüz?

- Ən əlamətdar transferim Azərbaycanda "Kəpəz" klubuna oldu. Portuqaliyanın "Trofense" klubunda olarkən çətin duruma düşmüşdüm. Azərbaycana gəlişimin fərqli olacağını düşünürdüm. Hər şey yaxşı alındı və indi artıq kumirəm.

- "Neftçi"də yeni mövsüm necə keçir?

- çox gözəl. Mövsümün əvvəlindən qarşıya qoyulan hədəfə doğru gedirik. Təəssüf ki, Avropa Liqasında mübarizəni davam etdirə bilmədik. Halbuki daha da irəliləyəcəyimizi düşünürdük. İndi bütün diqqətimizi ölkə çempionatına yönəltmişik. Fərdi baxımdan klubumdan razıyam. çünki yaxşı gəlirim var. Qarşıma məqsədlər qoymuşam və komandama kömək edirəm.

- "Neftçi"nin cari mövsümdəki əsas hədəfi nədi?

- Azərbaycan çempionu olmaq. Klub yayda çempionatdakı ən güclü futbolçularla və yaxşı legionerlərlə gücləndi. "Neftçi" ən çox çempion olan komandadı. Lakin 2012-13 mövsümündən bəri buna nail ola bilmir. çempionluq ilk hədəfdi.

- Avropa Liqası təcrübəsi necə idi?

- Avrokuboklarda iştirak etmək hər zaman yaxşıdı. Təbii ki, fərqli rəqabətdi. Bu mövsüm ikinci dəfə bu təcrübəni yaşadım. Bundan əvvəl "Kəpəz"lə bu həyəcanı yaşamışdım.

- Braziliyaya qayıtmaq istərdinizmi, yoxsa Avropada qalmağı fikirləşirsiniz?

- İndiki məqsədim Avropada uğur qazanmaq və irəliləməkdi. Əlbəttə ki, hər bir braziliyalı kimi, ölkəmdə çıxış etməyi də arzulayıram. Ancaq bir şərtlə ki, böyük klub olmalı və titullar uğrunda mübarizə aparmalıdı. Əks təqdirdə, ölkə xaricində qalmaq daha yaxşıdı. Braziliyada mənim oyun üslubuma yaxın komanda "Santos"du. Onların həmişə istedadlı oyunçuları olub və hesab edirəm ki, orda oynayaram.

- Yaxın keçmişdə Braziliyadan təklif almısınızmı?

- Xeyr, almamışam. Bilirəm ki, Braziliya futbolunda sözünü demiş bəzi insanlar məni izləyir. Ancaq heç bir rəsmi təklif almamışam.

- Kumiriniz kimdi?

- Bir neçə futbolçunu bəyənirəm. Gördüyüm ən güclü futbolçular Ronaldinyo, Neymar və Ronaldodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest