"Barselona"nın müdafiəçisi Samuel Umtiti karyerasını İtaliyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu "Yuventus"un maraq dairəsindədi.

Zədədən qayıtdıqdan sonra əsas heyətdəki yerini itirən Fransa millisinin üzvü komandasını dəyişməyin əleyhinə deyil. Onun klubla müqavilə müddəti 2023-cü ilə qədərdi. Bu keçid turinlilərə 70 milyon avroya başa gələ bilər.

Qeyd edək ki, Samuel Umtiti bu mövsüm 12 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest