"Barselona"nın kapitanı Lionel Messi çempionlar Liqasının 1/4 final mərhələsində "Mançester Yunayted"lə keçiriləcək cavab oyununa hazırdı. Matc.az saytı xəbər verir ki, bunu Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde deyib.

O bildirib ki, ilk qarşılaşmada burnundan ciddi xəsarət alan ulduz futbolçu sabah meydana çıxacaq: "Messidə hər şey qaydasındadı. O, sabahkı oyunöncəsi ideal formadadı".

Qeyd edək ki, sabah keçiriləcək "Barselona" - "Mançester Yunayted" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə İspaniya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest