"Məni ən çox sevindirən məqam oyun intizamına riayət etməkdi ki, bu qarşılaşmada bunu bacardıq. Təbii ki, bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Ancaq hər bir oyunun öz xarakteristikası, tapşırığı var".

"Maraqlı oyun alındı. Rəqibimiz kifayət qədər güclü komanda olsa da, oyunçularım özlərini yaxşı tərəfdən göstərdilər". Matc.az saytı xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Serbiyada yerli komanda ilə yoldaşlıq görüşü keçirən yığmamız 2:1 hesablı qələbə qazanıb.

Braziliyalı mütəxəssis azfutzal.az saytına açıqlamasında qalibiyyəti dəyərləndirib: "Məni ən çox sevindirən məqam oyun intizamına riayət etməkdi ki, bu qarşılaşmada bunu bacardıq. Təbii ki, bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Ancaq hər bir oyunun öz xarakteristikası, tapşırığı var. Bu komanda ilə daha bir oyunumuz var. Əvvəlki səhvlərimizi təkrarlamamağa çalışacağıq. Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest