Futzal üzrə Azərbaycan millisi ölkə xaricində təlim-məşq toplanışını başa vurur. Yığmamız bu gün son yoldaşlıq görüşünə çıxacaq. Serbiyada olan Joze Alesionun yetirmələrinin rəqibi yerli komanda olacaq.

Futzal üzrə Azərbaycan millisi ölkə xaricində təlim-məşq toplanışını başa vurub. Matc.az saytının məlumatına görə, yığmamız bu gün son yoldaşlıq görüşünə çıxıb.

Serbiyada olan Joze Alesionun yetirmələrinin rəqibi yerli komanda olub. Pozarevaç İdman Mərkəzində baş tutan qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürüb.

Maraqlı ssenari ilə davam edən görüşdə yığmamız 7:1 hesabı ilə geri düşsə də, fərqi 2 topa qədər endirə bilib, amma yekunda məğlubiyətdən qaça bilməyib - 7:5.

Qeyd edək ki, bu komandalar arasında dünən keçirilən ilk sınaq matçında millimiz 2:1 hesablı qələbə qazanıb.

 

Yoldaşlıq görüşü

Serbiya - Azərbaycan - 7:5

Strahina Petrov, 0:35, 12:46, Stefan Rakiç, 16:38, Veroljub Vukadinoviç, 17:47, Vladan Vesiç, 21:50, 22:20, Aleksa Antoniç, 23:28 – Teles Thaqo, 20:57, 31:17, İsa Atayev, 29:45, Fineo, 34:51, Ramiz çovdarov, 36:53

Pozarevaç İdman Mərkəzi

Serbiya: 12. Aleksa Antoniç (q), 2. Strahina Petrov, 4. Stefan Rakiç, 5. Vladan Vesiç, 11. Miloş Simiç (k), 23. Vladan Kolajiç (q), 3. Nikola Matijeviç, 6. Milan Mutavdziç, 7. Pavle Peşiç, 8. Aleksandr Pavloviç, 9. Yovan Lazareviç, 10. Veroljub Vukadinoviç, 14. Ninoslav Aleksiç, 15. Lazar Marinkoviç,

Baş məşqçi: Qoran İvançiç

Azərbaycan: 1. Emin Kürdov (q), 3. Teles Thaqo, 5. Fineo de Araujo, 7. Ramiz çovdarov, 16. Sezar Conatan, 12. Rövşən Hüseynli (q, k), 2. Samir Həmzəyev, 8. Rizvan Fərzəliyev, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Kardosa Everton, 14 Vitali Borisov, 17. İsa Atayev

Baş məşqçi: Joze Alesio Da Silva

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest