"Bu mövsüm 45 xal toplamağımız digər komandalarla da əlaqədardı. Ancaq biz yalnız öz çıxışımıza baxırıq və növbəti görüşə də 3 xal üçün hazırlaşacağıq. Uzun müddət idi qol vura bilmirdim. Cari mövsüm 8 qoldan yalnız 1-ni öz meydanımızda vurmuşam".

"Bu nəticə çox gözəl oldu. 3 xal bizim üçün çox vacib idi". Matc.az saytı xəbər verir ki, bunu Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov deyib.

27 yaşlı forvardın formasını geyindiyi "Proyssen" III Bundesliqanın XXXIII turunda səfərdə "Münhen 1860"ı 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşmada yeganə topun müəllifi olan Dadaşov yerli mətbuata açıqlamasında qol həsrətinə son qoyduğu üçün sevindiyini vurğulayıb: "Bu mövsüm 45 xal toplamağımız digər komandalarla da əlaqədardı. Ancaq biz yalnız öz çıxışımıza baxırıq və növbəti görüşə də 3 xal üçün hazırlaşacağıq. Uzun müddət idi qol vura bilmirdim. Cari mövsüm 8 qoldan yalnız 1-ni öz meydanımızda vurmuşam. Ancaq evdə də azarkeşlərimizi qollarla coşdurmaq istəyirəm. Bu tilsimi tezliklə qırmağa çalışacam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest