Bu gün Klublar Komitəsinin növbəti iclası keçirilib. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, toplantı qurumun inzibati binasında baş tutub.

İclasda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç, Peşəkar Futbol Liqasının Mətbuat və İctimiaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev, PFL-in Texniki İdman şöbəsinin rəisi Nihad Məmmədov, Topaz Premyer Liqasında mübarizə aparan "Qarabağ", "Qəbələ", "Neftçi", "Keşlə", "Sumqayıt", "Zirə", "Səbail" və "Sabah" klublarının nümayəndələri iştirak ediblər.

Toplantıda ölkə futbolu ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest