PSJ-nin ulduz futbolçusu Neymardan sonra bu dəfə atası Neymar Santos qalmaqalla gündəmə gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, qızı Rafaellanın keçmiş sevgilisi olan futbolçu Qabiqolu döyməyə cəhd edib.

Hazırda icarə əsasında "Flamenqo"da çıxış edən və müqavilə ilə "İnter"ə məxsus olan hücumçu birlikdə olduğu Neymarın bacısı ilə ayrılıb. Lakin bunu həzm edə bilməyən PSJ-li forvardın atası bir tədbirdə onun üzərinə şığıyıb. Mühafizəçilər araya girərək, son anda dava-dalaşa mane olublar.

Qeyd edək ki, Qabriel Barbosa ilə Rafaella 2 il birlikdə olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest