29 Fevral 2024, 15:36
FUTBOL
"İnter"in idman direktoru Cüzeppe Marotta klubun baş məşqçisi Simone İnzaqi ilə müqaviləni yeniləmək niyyətində olub-olmadığını açıqlayıb.
Matc.az xəbər verir ki, italiyalı funksioner baş məşqçidən razı olduğunu bildirib:
"Biz Simonu sevirik və açıq-aydın onunla işləməyə davam etmək istəyirik. Biz lazımi vaxtda danışıqlara başlayacağıq. Onun müqaviləsi 2025-ci ildə başa çatır, amma burada xoşbəxtdir".