“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA qarşılaşmanı fransızlara həvalə edib.

Görüşü Benoit Bastien idarə edəcək. Hiçam Zakrani və Aurelien Bertomieu yan xətt, Ceremi Piqnard dördüncü hakim qismində fəaliyyət göstərəcək. VAR hakimi Benoit Millot olacaq, ona Erik Uattelye kömək edəcək. Matçın hakim-inspektoru İçko Lozev (Bolqarıstan) olacaq.

Qeyd edək ki, martın 7-də keçiriləcək oyun saat 21:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest