İspaniya La Liqa2 təmsilçisi "Alkorkon" Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun xidmətindən məhrum qalıb. Buna səbəb futbolçunun cəzalı durumda olmasıdı.

İspaniya La Liqa2 təmsilçisi "Alkorkon" Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun xidmətindən məhrum qalıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna səbəb futbolçunun cəzalı durumda olmasıdı.

Məsələ burasındadı ki, Eddi XXXIV turun "Saraqosa" ilə səfər qarşılaşmasının 36-cı dəqiqəsində sarı vərəqə alıb. Bununla sarı vərəqə limitini dolduran yarımmüdafiəçi XXXV tur matçını buraxmalı olacaq.

Qeyd edək ki, "Alkorkon" çempionatda növbəti oyununu aprelin 19-da "Malaqa"ya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest