"Yuventus"un hücumçusu Kriştianu Ronaldonun oğlu məhsuldarlıqda atasından heç də geri qalmır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, balaca Ronaldo "qoca sinyora"nın U-9 komandasının heyətində qollarını sıralamaqda davam edir.

Turin klubu Madeyrada təşkil edilən beynəlxalq turnirdə keçirilən ilk 2 görüşdə 12 qol vurub. "Maritimu" üzərində 25:0 hesablı qələbə zamanı birinci hissədə vurduğu 7 topla septa-trikə imza atan Ronaldo "Kamaço" ilə görüşdə (15:1) rəqibi 5 dəfə mərkəzə dəvət edib.

Qeyd edək ki, Kriştianu Ronaldo ötən yayda "Yuventus"a keçdikdən sonra oğlu da bu klubun akademiyasına yazılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest