çempionlar Liqasının 1/4 final mərhələsində "Ayaks"a məğlub olan "Yuventus"un itkisi təkcə turnirdən kənarlaşmaq olmayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu, "qoca sinyora"ya eyni zamanda maddi ziyan vurub.

Belə ki, dünənki məğlubiyyətin ardından Turin klubunun hissələrində ciddi eniş baş verib. Səhər saatlarında bu düşüş 24 faiz idisə, sonradan klub hissələrinin daha 19% dəyərini itirib. ümumilikdə turinlilərin dəyər itkisi 300 milyon avroya bərabər olub.

Qeyd edək ki, səfərdə rəqibi ilə heç-heçə edən (1:1) "Yuventus" evdə məğlub olub (1:2).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest