PSJ-nin sabiq müdafiəçisi Maksvell bu klubun hücumçusu Kilian Mbappeni tərifləyib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu gənc forvardın böyük perspektiv vəd etdiyini söyləyib.

Onun fikrincə, Fransa millisinin üzvü hətta bu il "Qızıl top"un qalibi ola bilər: "Cəmi 19 yaşı olmasına baxmayaraq, çox təcrübəli və istedadlıdı. ümid edirəm ki, Kilian inkişaf etməyə davam edəcək və daha da irəli gedəcək. O, "Qızıl top"u qazanmağa namizədlərdən biridi. Mənim favoritim yoxdu, ancaq hesab edirəm ki, Mbappe artıq bu il "Qızıl top"u qazana bilər".

Qeyd edək ki, Kilian Mbappe Fransa millisi ilə bu il dünya çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest