"Ayaks"ın kapitanı Matteys de Liqtin yeni komandasının adına böyük ölçüdə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc müdafiəçi karyerasını "Barselona"da davam etdirmə hazırlaşır.

Futbolçu ilə bir müddət əvvəl anlaşan kataloniyalılar "Ayaks"la da bu transferdə ortaq məxrəcə gəlib. Klublar arasındakı razılığa əsasən, "Barsa" 19 yaşlı oyunçunu 75 milyon avroya heyətinə qatacaq.

Qeyd edək ki, "Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqun yayda "Barselona"ya keçəcəyi dəqiqdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest