İspaniyanın vergi orqanları "Atletiko"nun futbolçusu Dieqo Kostanın vergidən yayındığından şübhələnir. Matc.az "El Mundo"ya istinadən xəbər verir ki, 31 yaşlı hücumçu imic hüquqlarından əldə olunan gəlirlərə görə 1.1 milyon avroluq vergi fırıldaqçılığı ilə ittiham olunur.

İspanlar oyunçunun 2014-cü ildə İngiltərə "çelsi"sinə keçməsindən qısa müddət əvvəl "Adidas" şirkəti ilə sponsorluq razılaşmasından əldə etdiyi gəlirləri gizlədə biləcəyini ehtimal edib.

Qeyd edək ki, İspaniya Kral Futbol Federasiyasının İntizam-Komitəsi Dieqo Kostanı "Barselona" ilə matçda hakimi təhqir etdiyi üçün 8 oyunluq diskvalifikasiya edib. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest