Albaniya prezidenti İlir Meta "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli barədə növbəti dəfə xoş fikirlər səsləndirib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, ölkə başçısı bu yaxınlarda həmyerlisi ilə Bakıdakı görüşünü bir daha yada salıb.

O, Aqollinin "Qarabağ"ı tərk etməsinə münasibət də bildirib: "Bir neçə gün əvvəl Bakıda tanınmış futbolçumuz Ansi Aqolli ilə görüşmək fürsətim oldu. Azərbaycanın ən güclü komandası olan "Qarabağ"da keçirdiyi 10 ilə yaxın müddətdən sonra əvvəlki dövrlərdən fərqli, bir qədər həyəcanlı idi. Təkcə mən yox, Bakıda olan istənilən vətəndaşımız Albaniyanı təmsil edir. Amma əminəm ki, Ansi barədə hamı ən xoş fikirlər səsləndirir. O, bizim Bakıdakı ən yaxşı səfirimiz idi. Aqollinin möhtəşəm futbolçu karyerası var. Ona bundan sonra da uğurlar arzulayıram. Komandası və azarkeşləri ilə çempion kimi vidalaşdı. Həmin anlardan bir neçə dəqiqəni sizinlə paylaşmaqdan məmnunam".

Qeyd edək ki, Ansi Aqolli 9 illik "Qarabağ" karyerasından sonra ABŞ klubu "Nyu-York Kosmos"a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest