"Yuventus" ciddi itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hücumçu Paulo Dibala zədələnib.

Argentinalı ulduz futbolçu çempionlar Liqasının 1/4 final mərhələsində "Ayaks"la cavab görüşündə sıradan çıxıb. O, A seriyasının XXXIII turunda "Fiorentina" ilə görüşü buraxmalı olacaq. Dibalanın iki həftə sonra kollektivə qoşulması gözlənilir.

Qeyd edək ki, "Yuventus" – "Fiorentina" oyunu aprelin 20-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest