"Ayaks"ın baş məşqçisi Erik ten Haq hələ uzun müddət komandanın "sükanı arxası"nda qala bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Amsterdam təmsilçisi 49 yaşlı mütəxəssisi heç yerə buraxmaq fikrində deyil.

Komandasını çempionlar Liqasında yarımfinala çıxarmaqla böyük diqqət cəlb edən hollandiyalıya klub rəhbərliyi yeni müqavilə təklif edib. Belə ki, amsterdamlılar 2024-cü ilin yayına qədər nəzərdə tutulan yeni 5 illik sözləşmədə maraqlıdı. İdman direktoru Mark Overmars çalışdırıcı ilə bununla bağlı danışıqlara başladıqlarını açıqlayıb.

Qeyd edək ki, Hollandiya kubokunda finalda olan "Ayaks" Erediviziyaya da başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest