"Həqiqətən də yeni qaydalardan xəbərim yoxdur. Ümumiyyətlə, futbolçularımız arasında maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdır. Tome Kitanovskinin oyunundan razı qaldım"

"çempionat sona yaxınlaşdıqca həyəcan artır. Bu gün azarkeşlər üçün baxımlı oyun alındı. Bəzi məqamlarda səhvlərimizdən rəqib yararlanmağı bacardı. Oyunda dönüş yaratmaq üçün ilk hissədən sonra Yevgeni Koçuku meydana buraxdıq. çoxdandır belə ikinci yarı görmürdük. 2 qol vurduq və vacib 3 xal qazandıq". Matc.az saytının məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Topaz Premyer Liqasının XXV turunda səfərdə "Sumqayıt"la qarşılaşan "dənizçilər" 2:1 hesablı qələbə qazanıblar.

Matçdan sonra mətbuat konfransında danışan gənc mütəxəssis bildirib ki, rəqib pressinqlə oynadığı üçün təhlükələr yaranıb: "Qısa ötürmələrlə oynamadığımız fikrinin sizdə formalaşmasını istəməzdim. Rəqib ilk 25 dəqiqədə pressinq edib qol vurdu".

Hacıyev futbolçusu Tome Kitanovskinin qırmızı vərəqə aldığı epizoda da toxunub: "Həqiqətən də yeni qaydalardan xəbərim yoxdur. ümumiyyətlə, futbolçularımız arasında maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdır. Tome Kitanovskinin oyunundan razı qaldım. Amma əli ilə hakimə sarı vərəqə göstərişi verdi. Açığı, onu əvəzləmək istəyirdim. Deməzdim ki, hər dəfə qol buraxdıqdan sonra qollar vururuq. Amma bu məqam üzərində daha çox dayanmaq lazımdır. Qalan dəqiqələrdə hücumlar edib qollar vurmağımız müsbət məqamdır. Planımızda "Sumqayıt"ı topsuz qoymaq və irəliləyən dəqiqələrdə boşluqlardan yararlanmaq istəyirdik. Hələ avrokubok barədə düşünmək tezdir".

Məşqçi komandanın tanınmış futbolçusu Maykl Essyen barədə də danışıb: "Essyeni hər oyunda meydana buraxmaq istəyirik. Amma istəmirik ki, bir ildir oynamayan futbolçu zədələnsin. Onunla 1,5 illik müqaviləmiz var. Qarşıda çox oyunda ondan yararlana biləcəyimizi düşünürəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest