"Rəqibi təbrik edirəm. çempionluq yolunda vacib qələbə qazandılar. Etdiyimiz səhvlər bizi məyus edir. İlk qoldan sonra qapıçımızın zədələnməsi yaxşı olmadı. çünki çox ağır zədə idi. Onsuz da kifayət qədər itkimiz var. Onu da itirmək istəmirik. Hazırda qapıçımız xəstəxanadı. Onun burnu və gözaltı sümüyündə sınıq var. Əks təqdirdə qarşıdakı oyunları bir qapıçı ilə yola verməli olacağıq". Matc.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Topaz Premyer Liqasının XXV turunda səfərdə "Qarabağ"la qarşılaşan paytaxt təmsilçisi 0:3 hesabı ilə məğlub olub.

Matçdan sonra keçirilən mətbuat konfransında danışan mütəxəssis fikirlərini bölüşüb: "Psixoloji cəhətdən komandanı hazırlaya bilmirik. Oyunda ikinci hissədə baş verənlər bizdə başqa fikirlər formalaşdırır. Hər halda, çalışırıq ki, sonuncu yerdən qurutulaq".

Təcrübəli mütəxəssis daha sonra tribunaya göndərilməsi barədə danışıb: "Şahin Zəkiyevə olan zərbəyə etiraz etdim. Daha sonra Kamaraya göstərilən sarı vərəqəyə. Biz də futbol oynamışıq. Orada heç bir sarı vərəqə yox idi. Bu qərarlar niyə verilir, bilmirəm. Bunları araşdıracağıq. Qapıçımıza qarşı qayda pozuntusu var idi. Hakim onu görməli idi və qol qeydə alınmamalı idi. Mitroviç ikinci hissə yorğun görünürdü. Ona görə onu meydandan çıxartdım. Nədənsə, son oyunlar buraxdığımız bütün qollar ikinci hissədə olur. Nə baş verir, bilmirəm. Bəzən çox şey fikirləşirik. Başımıza 10-15 fikir gəlir. Niyə biz ancaq ikinci hissədə qollar buraxırıq? Mənim yerimə başqa biri də olsa, ağlına çox fikir gətirər. Bu baxımdan problem yaşayırıq".

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest