Bu gün Topaz Premyer Liqasında XXV tura yekun vurulub. Matc.az saytının məlumatına görə, həftənin son iki oyunu Qəbələdə və Masazırda keçirilib.

Turnir cədvəlinin ikinci yarısında məskən salan “Zirə” Qəbələdə yerli komandaya qonaq olub. Mükafatlara iddialı olan əyalət klubu “Səbail”in qələbə qazanmasından sonra üçüncü pillədən çox uzaqlaşmamaq üçün mütləq qalib gəlməli idi. Gərgin alınan görüş ev sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Bununla futbolçular yeni prezident Fariz Nəcəfova bu postdakı ilk görüşündə qələbə hədiyyə ediblər.

Günün digər qarşılaşmasında isə “Neftçi” “Sabah”la üz-üzə gəlib. Ötən tur “Səbail” qarşısında xal itirən “ağ-qaralar” bu dəfə büdrəməyib. "Neftçi" ikinci hissədə vurduğu qollarla qələbə qazanaraq, “Qarabağ”la aradakı fərqi qoruyub.

 

Topaz Premyer Liqası
XXV tur
19 aprel (cümə)

“Sabah” – “Neftçi” - 0:2

Qollar: Namiq Ələsgərov, 59, 62

Qırmızı vərəqə: Novruz Məmmədov, 55

“Əlincə Arena”. Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov

“Sabah”: 30. Saşa Stamenkoviç, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 91. Coşqun Diniyev, 7. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 25. Vanderson Silva, 15. Erik Ramos, 9. Marko Deviç, 33. Eltun Turabov

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 8. Elşən Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 88. Elçin Əsədov, 77. Şakir Seyidov, 42. Reza Biqdelo

Baş məşqçi: Elşad Əhmədov

“Neftçi”: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov, 6. Qoran Paratski, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 26. Ömər Buludov

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 93. Soni Mustivar, 36. Mamadu Kane, 4. Petru Raku, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 70. Əli Şirinov

Baş məşqçi: Roberto Bordin

 

“Qəbələ” – “Zirə” - 2:1
Qollar: Davit Volkov, 21; Ceyms Adeniyi, 56 - Sadio Tounkara, 71

Qəbələ şəhər stadionu. Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 34. Urfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Vojislav Stankoviç, 17. Ceyms Adeniyi, 88. Sabien Lilay, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 28. Stiven Monroz, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 33. Vüsal Məsimov, 77. Samir Qurbanov

Baş məşqçi: Zaur Həşimov

“Zirə”: 85. Kamal Bayramov (k), 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 88. Tellur Mütəllimov, 7. Pərdis Fərcad-Azad, 77. Mirsahib Abbasov, 14. Bəxtiyar Həsənalızadə, 26. Miloş Radivoyeviç, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 3. Budaq Nəsirov

Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 13. Murad Musayev, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 23. Mfo Kqasvane, 17. Robin Nqalande, 20. Fofana İsmael, 18. Xulio Sezar Rodriges, 48. Şafik Tiqrudja, 38. İlkin Muradov, 16. İbrahim Aslanlı, 99. Rafael Məhərrəmli

Baş məşqçi: Samir Abasov

 

1

Qarabağ

25

17

6

2

55-19

57

2

Neftçi

25

16

7

2

45-19

55

3

Səbail

25

11

5

9

31-28

38

4

Qəbələ

25

9

9

7

29-27

36

5

Sabah

25

7

5

13

19-36

26

6

Zirə

25

6

7

12

24-36

25

7

Sumqayıt

25

5

5

15

19-40

20

8

Keşlə

25

5

4

16

23-40

19

Bombardirlər: Baqali Dabo ("Neftçi") - 11 qol; Mahir Mədətov ("Qarabağ") - 10 qol.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest