Ukrayna mətbuatı legioner həyatı yaşayan futbolçuları barədə maraqlı məqalə dərc edib. Matc.az saytı xəbər verir ki, həmkarlarımız ölkə xaricində çempionluğa yaxın olan oyunçuları barədə araşdırma aparıb.

Yerli KİV qızıl medallara yaxın olan 10 oyunçu tapıb ki, onlardan biri artıq çempionluğu təmin edib. Söhbət "Slovan"ın müdafiəçisi Artyom Suxotskidən gedir. Onun komandası sona yaxın Slovakiya çempionluğunu təmin edib.

Aleksandr Zinçenkonun komandası "Mançester Siti" İngiltərədə, Sergey Rebrovun çalışdırdırdığı "Ferensvaroş" isə Macarıstanda çempionluq uğrunda mübarizə aparır.

"Qızıl legionerlər" arasında "Neftçi"nin müdafiəçisi Kirill Petrov da var. Onun şərəfini qoruduğu "ağ-qaralar" isə yalnız ötən turda büdrəyərək, "Qarabağ"ı önə buraxıb. Ukraynalılar Azərbaycan Premyer Liqasında hər şeyin "qızıl oyun"a qalacağını proqnozlaşdırır: "Neftçi" son büdrəmə ilə "Qarabağ"ın 2 xal gerisinə düşdü. Azərbaycanda isə çempionluq oyunu son turda "Neftçi" ilə "Qarabağ" arasında keçiriləcək. Petrov bu mövsüm 19 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib".

Qeyd edək ki, ukraynalı legionerlər arasında Ruslan Malinovski ("Genk"), İvan Petryak, İqor Xaratin (hər ikisi "Ferensvaroş"), Artyom Dovbik ("Midtyulland"), Yaroslav Rakitski ("Zenit") və Taras Mixalik ("Lokomotiv") də ölkə xaricində çempionluğa namizədlərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest