"Ayntraxt"ın hücumçusu Luka Yoviç mövsümün sonunda karyerasını İspaniyada davam etdirməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Barselona"nın imtina etdiyi gənc forvardın "Real"la danışığı yekunlaşmaq üzrədi.

Madridlilər onun özü ilə yanaşı, klubu ilə də danışıqlar aparır. Bu danışıqların müsbət məcrada davam etdiyi və tərəflərin razılığa yaxın olduğu vurğulanıb. Transferin "kral klubu"na 50-60 milyon avroya başa gəlməsi gözlənilir.

Qeyd edək ki, Luka Yoviçin "Ayntraxt"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest